Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 13 yeni yoluxma faktı qeydə alınıb, 17 nəfər müalicə olunaraq sağalıb.
Bu barədə Sabahinfo.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib.
Verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 1 nəfəri vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 831 748 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 821 403 nəfər müalicə olunaraq sağalıb, 10 273 nəfər vəfat edib, aktiv xəstə sayı 72 nəfərdir.
Ölkədə son sutka ərzində 1 274, hazırkı dövrədək isə 7 613 693 test aparılıb.