Muğla (Türkiyə) dini mədəniyyət üzrə müəllim kimi çalışan şəxs daxili işlər naziri Süleyman Soyluya dəstək üçün əlində silah şəkil çəkdirib paylaşıb.
Milli.Az haberler.com-a istinadən xəbər verir ki, nazirin Ərdoğana xitabən "əmrindəyik, əmrində də olacağıq" mesajını paylaşan şəxs "biz də sənin əmrindəyik, Ağa. 600 metrədən hədəfi vura bilirəm" deyə yazıb.