Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanası şəhid Ramazan Göydağlıya həsr olunmuş “Tarix yazan igidimiz” adlı tədbir keçirdi. Tədbirdə Vətən, torpaq uğrundan canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbiri giriş sözü ilə Yasamal rayon MKS-nin direktoru, tarix üzrə fəlsəfə doktoru Lətifə Məmmədova açaraq, qonaqları salamladı. O, kitabxanada həyata keçirilən “Şəhidlər ölməz, Vətən bölünməz”, “Milli Qəhrəmanlarımızı unutmuruq” layihələri haqqında məlumat verdi. L.Məmmədova çıxışında qeyd etdi ki, Xüsusi Təyinatlı Qüvvələrin dəstəsi tərkibində yer almağın qürur hissini yaşayan Ramazan Göydağlı tarix yazaraq qəlblərdə varlığını əbədi olaraq yaşatdı. Şəhidimiz 28 oktyabr 2020-ci ildə Xocalı rayonunun Çanaqçı kəndi uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. Ölümündən sonra Azərbaycan Respublikasının Prezidentinin Sərəncamları ilə medallarla təltif olunmuşdur. Ramazan Göydağlının xalası Sura Seyidova şəhid haqqında xatirələrini bölüşərək, Ramazanın gözəl ürəyə sahib olan, arzularının yarıda qaldığı bir gənc olduğunu vurğuladı. “Ramazan başımızı uca, gözümüzü yaşlı etdi,” – deyə o, fikrini tamamladı. Şəhid Ramazan Göydağlının qohumu Nüsrəddin Cəbiyev şəhidin uşaqlığının gözlərinin önündə keçdiyini bildirdi. O, tədbirin təşkilinə görə dərin minnətdarlığını bildirdi. Qazilər Elşad Musayev, Gülağa Cəfərov, Cəvahir Məmmədova, müharibə veteranı Namiq Quliyev hərbiçilərin müharibədə keçdiyi döyüş yolunun əziyyətli və məşəqqətli olması haqqında danışdılar. Bu gün Zəfərin parlaq tərəfini görürük, onun digər tərəfində isə müharibənin çətinliyi dayanır. Filologiya üzrə fəlsəfə doktoru Xəyalə Əfəndiyeva çıxışında qeyd etdi ki, Qarabağ 30 il bizim həyatımızda bir ağrıya çevrilmişdir. O, yazdığı məqalədə 30 il bağlı qalan məmləkətin açarının əsgərdə olduğunu qələmə almışdır. Qarabağın nicat tapmasında, azadlığa qovuşmasında neçə-neçə oğullarımız canlarından keçdilər. Ramazan da yaşanmamış yarımçıq bir ssenarini yaşadı. Şəhidlər şəhadətləri ilə alnıaçıq yaşamağın qürurunu bizə yaşatdılar. Şair, M.Ş.Vazeh adına Mərkəzi Kitabxananın Fəxri oxucusu Qadir Hüseynov şəhidlərə həsr olunmuş “Mən şəhid olmağa gəlmişəm” və şəhid anası haqqında yazdığı şeirlərini oxudu. Şair, M.Ş.Vazeh adına Mərkəzi Kitabxananın Fəxri oxucusu Zeynəb Cəmaləddin bütün şəhidlərin ruhu qarşısında baş əydiyini, onların hər birimizin and yeri olduğunu qeyd etdi. O, “Qələbə müjdəli yurdum” şeirini oxudu. Oxuculara xidmət şöbəsinin müdiri Yeganə Qafarova şəhid Ramazan Göydağlının simasında bütün şəhidlərimizə rəhmət dilədi. Və qeyd etdi ki, biz onların sayəsində müstəqil, suveren dövlətdə yaşayırıq. Erməni işğalı altında olan dədə-baba yurdumuz işğaldan azad olundu. Bu gun Qarabağda quruculuq, bərpa işləri gedir. Şəhid Ramazan Göydağlının atası Əbülfət Göydağlı tədbirə şəhidin də böyüyüb boya-başa çatdığı Naxçıvandan onlayn qoşularaq xatirələrini bölüşdü. Şəhid Vətənin dəyəridir. Ramazanın Füzuli və Xocavənd istiqamətində bir çox yüksəkliklərin alınmasında iştirak etmişdir. Şəhidin atası daha sonra qeyd etdi ki, Ramazanın igidlik və şücaətinə görə “Xocavəndin alınmasına görə”, “Vətən uğrunda” medalları ilə təltif olunmuşdur. O, kitabxananın kollektivinə dərin təşəkkürünü bildirdi. Naxçıvandan tədbirə onlayn formatda qoşulan şəhid Ramazan Göydağlının yaxın qohumu İntizam Əliyev Ramazan kimi oğulların olduğu ilə fəxr hissi duyduqlarını qeyd etdi. Şəhid və qazi ailələrinə verilən dəyərə görə təşəkkür etdi. Tədbirdə çıxış edənlər Böyük Zəfərimizdə Ali Baş Komandan İlham Əliyevin danılmaz rolunu xüsusi vurğuladılar. Tədbirdə şəhid ailələri, qazilər, müharibə veteranları, yaradıcı ziyalılar və oxucular iştirak etdilər. Şəhid Ramazan Göydağlının həyatı, döyüş yolu, müharibədə iştirakına həsr olunan videoçarx nümayiş olundu. Videoçarx kitabxananın YouTube kanalında yerləşdirilib: https://www.youtube.com/watch?v=BqHz-asTI-w&t=78s
![](/uploads/img/posts/2025/02/13/WhatsApp Şəkil 2025-02-12 saat 135658_f66f7d2djpg-1739439129.jpg)
![](/uploads/img/posts/2025/02/13/WhatsApp Şəkil 2025-02-12 saat 135657_95a95660jpg-1739439129.jpg)
![](/uploads/img/posts/2025/02/13/WhatsApp Şəkil 2025-02-12 saat 135657_b2d88a88jpg-1739439130.jpg)
![](/uploads/img/posts/2025/02/13/WhatsApp Şəkil 2025-02-12 saat 135656_fd81f1e4jpg-1739439130.jpg)
![](/uploads/img/posts/2025/02/13/WhatsApp Şəkil 2025-02-12 saat 135656_54850d1fjpg-1739439131.jpg)
![](/uploads/img/posts/2025/02/13/WhatsApp Şəkil 2025-02-12 saat 135655_e56bdec3jpg-1739439131.jpg)
![](/uploads/img/posts/2025/02/13/WhatsApp Şəkil 2025-02-12 saat 135655_8a462307jpg-1739439131.jpg)
![](/uploads/img/posts/2025/02/13/WhatsApp Şəkil 2025-02-12 saat 135655_c3ec4dc1jpg-1739439132.jpg)
![](/uploads/img/posts/2025/02/13/WhatsApp Şəkil 2025-02-12 saat 135654_28db301fjpg-1739439132.jpg)
![](/uploads/img/posts/2025/02/13/WhatsApp Şəkil 2025-02-12 saat 135654_8621751bjpg-1739439132.jpg)