Tələbələrə milli ideyanın yeni hədəflərindən danışıldı

“Mədəni İnkişaf və Dialoq” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyə yardımı ilə “Müasir dövrdə milli ideyanın yeni hədəfləri” layihəsi çərçivəsində növbəti tədbirini keçib.

29 sentyabr 2025-ci il tarixində Bakının Nizami rayonunda yerləşən Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində tədbir keçirilib.

Tədbirdə Mərkəzin direktor müavini, direktor əvəzi Səbinə Hacıyeva başda olmaqla müəllim heyəti, o cümlədən Mərkəzin direktor müavini Asif Bayramov, Mərkəzin Tələbə-Gənclər Təşkilatının sədri Dadaş Şeydayev və tələbələrin nümayəndələri iştirak ediblər.

Öncə Azərbaycanın Dövlət himni səsləndirilib, Vətən müharibəsində həlak olmuş şəhidlər anılıb.

Tədbiri giriş sözü ilə mərkəzin direktor müavini, direktor əvəzi Səbinə Hacıyeva açaraq, mövzunun əhəmiyyətindən danışmış və tədbirin Respublika Prezidenti İ.Əliyevin 2025-ci ili “Konstitutsiya və suverenlik ili” elan etdiyi bir dövrdə keçirilməsini xüsusi vurğulayıb.

Sonra o, məruzəçi professor R.Mirzəzadəni təqdim edərək, sözü ona verib.

Məruzəçi professor Rəna Mirzəzadə “Müasir dövr, milli ideya, yeni hədəflər” mövzusu
ilə çıxış edib. Mövzu ətrafında iştirakçılarla qarşılıqlı fikir mübadiləsi aparılıb.


Yekunda Səbinə Hacıyeva maraqlı və aktual mövzuda tədbir üçün Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəhbərliyinə, ictimai təşkilatatın nümayəndələrinə öz təşəkkürünü bildirmişdir. Cavab olaraq professor Rəna Mirzəzadə yaradılmış şərait üçün liseyin rəhbərliyinə öz təşəkkürünü bildirmişdir.

Image 5 of 5