ABŞ-ın keçmiş prezidenti Donald Tramp Respublikaçılar Partiyasının onun prezidentliyə namizədliyini irəli sürməsini rəsmən qəbul edib.
Sabahinfo.az xəbər verir ki, Tramp Miluokidə keçirilmiş Respublikaçılar Partiyası Milli Qurultayının son günündə bunu təsdiq edən sənədə imza atıb. Günün sonuna yaxın onun çıxışı gözlənilir.
Qeyd edək ki, 15-18 iyul tarixlərində keçirilən Milli Qurultayda Respublikaçılar Partiyası Donald Trampın namizədliyini irəli sürüb. Həmçinin keçmiş Prezident bu posta yenidən seçiləcəyi halda Ohayo senatoru Ceyms Devid Vansı vitse-prezident təyin edəcəyini elan edib.