Türkiyəni investisiyaların cəlb edilməsi və məşğulluq yolu ilə inkişaf etdirmək məqsədimizi mərhələli şəkildə həyata keçirəcəyik.
Sabahinfo.az-ın məlumatına görə, bu sözləri Türkiyə Respublikasının prezidenti Rəcəb Tayyib Ərdoğan Bitlisdə çıxışı zamanı deyib.
Ərdoğan onu da bildirib ki, Bitlisin yerləşdiyi bölgə terrorçulardan təmizləndikcə buraya yeni sərmayələr cəlb ediləcək.
"Müxalifətdən fərqli olaraq Cümhur İttifaqı yalnız xalqın mənfəətləri və rifahı üçün çalışır. Biz son 21 ildə hər sahədə buna nail olmuşuq. Türkiyə üçün bizdən əvvəl görülənlərdən qat-qat daha artıq işlər görmüşük", - deyə o əlavə edib.
Ərdoğan onu da vurğulayıb ki, Bitlis tekstil sahəsində bölgənin istehsal mərkəzinə çevrilir.
"Bu gün ümumi investisiya məbləği 4 milyard lirədən çox olan 12 istehsal obyektimizi istifadəyə veririk", - deyə o bildirib.