Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri Qarabağa səfər edəcək

Azərbaycanda səfərdə olan Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri Vahid Kirişçi sabah işğaldan azad edilmiş ərazilərə səfər edəcək.

Sabahinfo.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında nazir özü bildirib.

“Qarabağı ziyarət Azərbaycana səfərimizin zirvə nöqtəsi olacaq. Mən ilk dəfə ziyarət etmiş olacam. Həm Türkiyə vətəndaşı, həm də kənd təsərrüfatı və meşəçilik naziri olaraq çox həyəcanlıyam. 30 il işğal altında qalan torpaqlara ayaq basmaq, oranı ziyarət etmək bizə həyəcan verəcək”, - deyə nazir qeyd edib.