UEFA Superkubokunun keçiriləcəyi yer müəyyənləşib.
Sabahinfo.az xəbər verir ki. qitə futbol qurumu qarşılaşmanın Şimali İrlandiyada təşkilinə qərar verib.
Şimali İrlandiya Futbol Federasiyası “Çelsi” ilə “Vilyarreal” arasındakı görüşün avqustun 11-də Belfastda keçiriləcəyini açıqlayıb.
Qeyd edək ki, “Çelsi” Çempionlar Liqasını, “Vilyarreal” isə Avropa Liqasını qazanmaqla UEFA Superkubokunda iştirak hüququna yiyələnib.