Milli Məclisin inzibati binasında şəhid ailə üzvləri və qazilərin iştirakı ilə növbəti qəbulu keçirilib. Qəbul zamanı əsasən sosial problemlərin həlli və işsizlik ilə bağlı müraciətlər səsləndirilib. Vətəndaşlar tərəfindən səsləndirilən problemlərin qısa zamanda öz həllini tapması üçün bəzi məsələlər operativ olaraq həll edilib,həlli vaxt tələb edən məsələlərlə bağlı problemlər qeydiyyata alınaraq öz həllini tapması üçün aidiyyəti qurumlara müraciətlərin ediləcəyi vətəndaşların nəzərinə çatdırılıb.
Ülvi Quliyev
Milli Məclisin deputatı

