Azərbaycan Karate Federasiyaları Asossiasiyası ümumilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə turnir təşkil edib. Asossiasiyadan verilən məlumata görə, 900 idmançının iştirak etdiyi turnirdə Bakı ilə yanaşı region idmançıları öz qüvvələrini sınayıb. Uşaq və yeniyetmələrdən ibarət olan turnirdə oğlanlarla yanaşı xanım karateçilər fəxri kürsünün pilləsinə qalxıb.
Qeyd edək ki, bu gün turnirdə qalib gələn idmançıların mükafatlandırılması mərasimi keçirilib. Mərasimdə AKFA prezidenti Ülvi Quliyev də iştirak edib.