Vilayət Eyvazov polkovniki Gürcüstandan Türkiyəyə göndərdi

Azərbaycanın Gürcüstandakı səfirliyinin nəzdində Daxili İşlər Nazirliyinin nümayəndəsi, polis polkovniki İmran Mustafayev vəzifəsindən azad edilib. 

Sabahinfo.az Qaynarinfo-ya istinadən xəbər verir ki, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb. 

Nazirin digər əmri ilə polis polkovniki İmran Mustafayev Azərbaycanın Türkiyədəki səfirliyinin nəzdində DİN-in nümayəndəsi təyin edilib.

Hələlik Azərbaycanın Gürcüstandakı səfirliyininin DİN nümayəndəsi vəzifəsinə təyinat olmayıb.