Vilayət Eyvazovdan Zakir Həsənovun oğlu ilə bağlı ƏMR

Xəbər verdiyimiz kimi, daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun əmri ilə Nazim Həsənov Nəsimi Rayon Mühafizə İdarəsinin rəisi təyin edilib. 

"Unikal"ın əldə etdiyi məlumata görə, yeni vəzifəyə təyin edilən Nazim Həsənov müdafiə naziri general-polkovnik Zakir Həsənovun oğludur.

Qeyd edək ki, Nazim Həsənov bu təyinatadək Xətai Rayon Mühafizə İdarəsinin rəisi olub.