Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yerlərdə vətəndaş müraciətlərinə obyektiv və operativ baxılması, vətəndaş məmnunluğunun təmin edilməsi ilə bağlı müvafiq Sərəncam və tapşırıqlarına uyğun olaraq, həmçinin bu istiqamətdə dövlət siyasətini əsas tutaraq, oktyabrın 19-da Milli Məclisin deputatı Xanlar Fətiyev Yeni Azərbaycan Partiyası Bərdə rayon təşkilatının qərargahında vətəndaş qəbulu keçirib.
Görüş zamanı Xanlar Fətiyev vətəndaşların problemlərini dinləyib, onları narahat edən məsələlərlə yaxından tanış olub.
Görüşdə vətəndaşları narahat edən problemlərin bir qismi yerindəcə həllini tapıb. Digər məsələlərin həlli üçün tədbirlər görüləcəyi diqqətə çatdırılıb və bununla bağlı aidiyyəti üzrə müvafiq tapşırıqlar verilib.