Xəzər dənizində partlayış baş verib. Partlayışdan sonra dənizdə güclü yanğın başlayıb.
SOCAR Xəzər dənizində baş verən partlayışla bağlı açıqlama yayıb. Məsələ ilə bağlı SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov bildirib ki, SOCAR-ın birbaşa nəzarətində olan dəniz platformalarında və sənaye obyektlərində hər hansı qəza baş verməyib, iş normal rejimdə davam edir.
"Ələt istəqamətində dənizdə müşahidə olunan partlayışla əlaqədar ilkin ehtimalımız palçıq vulkanının püskürməsidir", - deyə İ.Əhmədov qeyd edib.