“XXI Əsrin Qadınları” İctimai Birliyi layihəyə yekun vurdu

“XXI Əsrin Qadınları” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “İnsan alveri qurbanla üçün sığınacaq işinin təkmilləşdirilməsi və maarifləndirmə işi" layihəsinin icrasını uğurla yekunlaşdırıb. İctimai Birliyin sədri Mahirə Əmirhüseynova qeyd edib ki, layihənin məqsədi insanların sağlam cəmiyyətdə rahat yaşamasını təmin edən dövlətimizə prosesin dayanıqlı olması üşün dəstək göstərməkdir: “İcra olunan layihə 01 fevral 2022-ci ildən 01 may 2022-ci il ərzidə həyata keçirilib.. Layihə insan alveri qurbanları, insan alverinin ehtimal olunan qurbanları və potensial insan alveri qurbanlarının sosial-hüquqi müdafiəsinin həyata keçirilməsindən, onlar üçün sığınacaq işinin təkmilləşdirilməsindən, eləcə gənclər və yeniyetmələr arasında insan alverinə qarşı mübarizə üzrə maarifləndirmə işlərinin təşkilindən bəhs edib”.
M.Əmirhüseynova onu da bildirib ki, layihə çərçivəsində insan alveri qurbanlarının və onların ailələrinin aldığı psixoloji travmanın aradan qaldırılması yönündə iş aparılıb, insan alveri qurbanlarının tibbi reabilitasiyası, yəni pozulmuş, yaxud itirilmiş funksiyaların bərpasına yönəldilmiş müalicəvi tədbirlərin həyata keçirilməsi, onların xəstəliyinin, alınmış xəsarətlərin nəticələrini aradan qaldırılması, psixoloji, fizioloji, anotomik pozuntuların tam və ya qismən bərpası üzrə tədbirlər görülüb: “Qarşıya qoyulan vəzifələr insan alveri qurbanlarına hüquqlarırın bərpa edilməsi üçün hüququ yardım göstərilib və bu yardımın göstəriməsini təmin edilib. İnsan alveri qurbanlarının yenidən qurbana çevrilməməsi üçün ailələrinə qayıtmasına köməklik göstərilib və insan alveri qurbanı olması ehtimalı olunan həmin şəxsin insan alveri qurbanlarının müvəqqəti yaşaması üçün sığınacaqda (mərkəzdə) yerləşdirilməsi üçün tərbirlər görülüb.. Layihə çərçivəsində insan alveri qurbanlarının sosial reabilitasiyası, onların cəmiyyətə reinteqrasiyası, normal həyat tərzinə qaytarılması məqsədi ilə fəaliyyət göstərən mərkəzdə onlara kompleks yardım göstərilib. Eyni zamanda İnsan alveri qurbanlarının reabilitasiyası və sosial müdafiəsi haqqında milli və beynəlxalq konvensiyalara, Azərbaycan Respublikasının “İnsan alverinə qarşı mübarizə haqqında” Qanununa Sosial xidmət haqqında” Azərbaycan Respublikasının qanununa uyğun olaraq həyata keçirilib. Qısa olaraq layihə çərçivəsində icra olunan əsas fəaliyyət Sığınacağın təkmilləşdirilməsi, Hüquqi yardım göstərilməsi, Psixoloji yardımların təşkili və maarifləndirmə işinin aparılması olub.. Sığınacaq (Mərkəz) təkmilləşdirildikdən sonra psixoloq xidməti, hüquq xidməti göstərilib.. Bundan başqa iştirakçılarla interaktiv iş aparılıb”.

Layihə çərçivəsində psixoloq Abbasova Vəfa və hüquqşünas Ağazadə Yaşar insan alveri qurbanları, potensial insan alveri qurbanlarına xidmət göstərərək onlarla interaktiv iş aparıblar.