“1992-ci ilin 21 noyabrında Yeni Azərbaycan Partiyasının (YAP) təsis konfransının keçirilməsi ölkənin siyasi həyatında mühüm tarixi hadisə idi”. Bu sözləri Sağlam Ailə və Uşaq İctimai Birliyinin sədri Səadət Məhərrəmova saytımıza bildirib.
Səadət Məhərrəmova deyib ki, bu tarixi qərarın verilməsi ilə Azərbaycanda siyasət meydanına yeni canlanma baş verdi: “Təsis konfransı Yeni Azərbaycan Partiyasının yaradılması haqqında qərar, partiyanın Nizamnaməsini və Proqramını qəbul etdi. Konfransda Ulu Öndər Heydər Əliyev yekdilliklə partiyanın sədri seçildi. Habelə, partiyanın Siyasi Şurası, İdarə Heyəti və sədrin müavinləri seçildi. Beləliklə, müstəqil Azərbaycanın tarixində öz üzərinə böyük tarixi missiya götürən Yeni Azərbaycan Partiyası yarandı. Bununla həm də Ulu Öndər Heydər Əliyev öz üzərinə Azərbaycan naminə üzərinə çox böyük tarixi missiya götürmüş oldu. Ümummilli Lider bu işi layiqincə yerinə yetirmişdir”.
QHT sədri bildirib ki, hazırda Prezident İlham Əliyev Ulu Öndərin siyasi varisi olaraq öz missyasını layiqincə yerinə yetirir: “YAP Azərbaycanda siyasi mərkəzləşdirici rol oynayır. Prezident İlham Əliyevin YAP-ın VII qurultayında çıxışında deyib:“Partiyamızın VII qurultayı ölkəmizin ictimai-siyasi həyatında önəmli hadisədir. Yeni Azərbaycan Partiyası nəinki Azərbaycanın, həm də Cənubi Qafqazın ən böyük siyasi partiyasıdır. Yeni Azərbaycan Partiyası bundan sonra da bütün ölkəmizdə gedən proseslərin mərkəzində olacaq”. Verdiyi vədlərə sadiq qalmış Prezident İlham Əliyev bütün islahatları ardıclıqla icra edir. Bu da hər birimiz üçün örənəkdir.
Mən gənc yaşlarında YAP-ın üzv olmuşam. Elə ictimai fəaliyyətə də ilk olaraq YAP da çalışmaqla başlamışam. Bu baxımdan YAP mənim üçün doğma partiyadır. Fürsətdən itifadə edib YAP-ın yaranmasının 31-ci ildönümü münasibətilə partiya üzvlərini təbrik edir, siyasi fəaliyyətlərində uğurlar arzu edirəm”.