YAP nümayəndə heyəti Antalyada Türkiyə XİN başçısı ilə görüşüb

Türkiyədə səfərdə olan Yeni Azərbaycan Partiyasının nümayəndə heyəti Antalyada qardaş ölkənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşüb.

Görüş zamanı jurnalistlərin suallarını cavablandıran Mövlud Çavuşoğlu Ulu Öndər Heydər Əliyevin “Bir millət, iki dövlət!” kəlamını bir daha xatıraladaraq qardaşlığımızın bundan sonra da bütün müstəvilərdə inkişaf edəcəyinə əminliyini ifadə edib.

Qeyd edək ki, Azərbaycan nümayəndə heyətinin tərkibində YAP İdarə Heyətinin üzvü, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev, Milli Məclisin deputatları Ramil Həsən, Aydın Mirzazadə, Rəşad Mahmudov, Sevil Mikayılova təmsil olunurlar.