Yasamalda Dövlət Qulluqçularının Peşə Bayramı qeyd olundu 

“Qafqazinfo” xəbər verir ki, tədbiri giriş sözü ilə açan Yasamal rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov RİH aparatı işçilərini təbrik edərək onlara peşə fəaliyyətində uğurlar arzulayıb. Prezident İlham Əliyevin “hər bir şəxs bilməlidir ki, dövlət qulluğunda olmaq imtiyaz deyil, məsuliyyətdir, insanlara xidmət imkanıdır” sözlərini xatırladan Elşad Həsənov dövlət qulluqçularını fəaliyyətlərində bu sözləri daima rəhbər tutmağa səsləyib: 

Daha sonra icra başçısı son bir neçə ildə ölkədə aparılan kadr islahatları, idarəetmə sisteminin təkmilləşdirilməsi barədə məlumat verib: “Dövlət qulluqçusunun əsas məqsədi vətəndaşlara xidmət etməkdir və bununla dövlətlə vətəndaş arasında etimad yaranır”.

Tədbirin sonunda dövlət qulluğunda səmərəli fəaliyyətlərinə görə Yasamal Rayon İcra Hakimiyyətinin bir qrup əməkdaşı fəxri fərmanlarla təltif olundu.