Uzun müddətdir maliyyə problemi yaşayan "Bakı” klubu gələn mövsüm Premyer Liqada iştirak etməyə bilər, bu barədə futbol24.az saytına klubun vitse-prezidenti Yaşar Seyidov açıqlama verib:
"Klubda maliyyə çətinliklərinin olması sirr deyil. Bilirsiz ki, indi bütün dünyada krizisdi. Amma biz yenə də ümid edirik ki, klubumuzun vəziyyəti düzələcək və əvvəlki "Bakı” olacaq”.
Kluba digər sponsor təklifləri varmı sualina "zolaqlıların” vitese-prezidenti belə cavab verdi:
"Bizim bir sponsorumuz var o da "Baghlan Group”du. Klubun prezidenti isə Hafiz Məmmədovdu. Başqa təkliflərin olub-olmaması barədə məndə informasiya yoxdu. Mütəmadi olaraq klub daxili iclaslar keçirilir. O ki, qaldı bizim gələcək mövsüm üçün Premyer Liqada iştirakımıza, biz lazım olan sənədləri toplayıb PFL-ə təqdim edə bilməsək nizamnaməyə uyğun olaraq ölkə çempionatında iştirak edə bilməyəcəyik. Amma bu haqda danışmaq hələ tezdi. Vəziyyətin düzələcəyinə ümid edirik”.