Yeni Azərbaycan Partiyası xalqın partiyasıdır

Hər siyasi partiya cəmiyyətin və dövlətçiliyin maraqlarının partiyası ola bilmir. Çoxpar­ti­ya­lılıq cəmiyyətdə vizual demokratik mühit yaradır. Bütün partiyalar gerçəkliyin, milli-xəlqi maraqların, milli ruhun ifadəsinin partiyası olarsa, demokratik mühit yaradıla bilər. Azərbay­ca­nın dövlət müstəqilliyi uğrunda gedən milli-xəlqi mübarizə şəraitində yaradılan partiyalar da, müstəqillik bərpa edildikdən sonra yaradılan partiyalar da dövlətçiliyimizin partiyası ola bilmə­di...

1992-ci il noyabr ayının 21-də Naxçıvan Milli Məclisinin sədri, böyük tarixi şəxsiyyət Hey­dər Əliyevin Azərbaycanın sabahları naminə partiya yaradılması təşəbbüsü tarixləşdi. Yeni yaradılan partiyanın təsis konfransında Yeni Azərbaycan Par­ti­ya­sının yaradılması haqqında qərar, partiyanın Proqram və Nizamnaməsi qəbul edildi. Konf­ransda Heydər Əliyev yekdilliklə partiyanın sədri seçildi. Konfransda partiyanın Siyasi Şurası, İdarə Heyəti və sədrin müavinləri seçildi. Müstəqil Azərbaycanın tarixində azərbaycançılığın partiyası kimi tarixləşəcək Yeni Azərbaycan Partiyası yarandı.

Ulu Öndər Azərbaycanın dövlət maraqlarını, dövlətçilik təsisatlarını bu partiyanın ideo­lo­ji strukturları əsasında möhkəmləndirməyi tövsiyə edirdi. Çünki Yeni Azərbaycan Parti­ya­sının məramı azərbaycançılıq ideologiyasından rişələnmişdi. Bu partiya Azərbaycanın döv­lət maraqlarının siyasi, siyasi-ideoloji mahiyyətini ifadə edirdi.

Yeni Azərbaycan Partiyasının siyasi hakimiyyətə gəlişi və cəmiyyətin aparıcı ideoloji qüv­və­si­nə - iqtidar partiyasına çevrilməsi tarixi zərurət idi.

Böyük tarixi şəxsiyyətlər tarixin axarını dövlətçiliyin sabahlarını müəyyənləşdirən siyasi axara yönəldə bilir. Bu, dövlətin daha da möhkəmlənməsində, beynəlxalq aləmdə yüksək nüfuza malik olmasında, dövlətin iqtisadi inkişafının tənzimlənməsində və inkişaf etdirilmə­sin­də olduqca əhəmiyyətli olur.

Ulu Öndər xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdı. Həmin vaxtlarda Azərbaycanda hakimiyyət boşluğu, bunun nəticəsi kimi milli qarşıdurma yaranmışdı. Belə bir vəziyyət labüd dövlət çevrilişi ərəfəsi idi. Ulu Öndər Azərbaycanı bu vəziyyətdən çıxarda bildi, dövlət çevrili­şi­nin qarşısı alındı. Xalq sevdiyi, inandığı rəhbərin ətrafında daha sıx, daha ruhən birləşdi. Bu birlik Azərbaycanın sabahlarının Ulu Öndərin müəyyənləşdirdiyi səviyyəyə yönəldirdi.

Böyük tarixi şəxsiyyət, XX əsrin fenomenal siyasi xadimi Azərbaycanın iqtisadi poten­sia­lını hərəkətə gətirdi, ikitərəfli, çoxtərəfli iqtisadi müqavilələr dövlətin iqtisadi inkişafını müəy­yənləşdirdi. Ulu Öndər deyirdi: “Azərbaycan güclü dövlətdir və onun güclü ordusu var­dır”. Bu güclü ordunu da Ulu Öndər formalaşdırmışdı. Orduda vahid komandan­lı­ğın yaradıl­ma­sı, ordu quruculuğunda aparılan əsaslı islahatlar, hərbi təhsildə həyata keçirilən ye­niliklər və s. uğurlar gətirdi.

Heydər Əliyevin sərkərdəliyi ilə Horadiz əməliyyatı Azərbaycan Ordusnunu şəxsi he­yə­tinin mənəvi-psixoloji hazırlığını yüksəltdi. 2010-ci ildə ordumuzun apardığı Vətən mü­ha­ri­bə­sində qazanılan Zəfərin başlanğıcı Horadiz əməliyyatı olub. Sonra 2016-cı ilin Aprel dö­yüş­lə­ri, 2020-ci ilin iyul doyüşləri...

Ulu Öndərin rəhbərliyi ilə bu uğurlar Yeni Azərbaycan Partiyasının ideoloji istiqa­mət­ve­rici gücü ilə əldə edilib.

Ulu Öndər Heydər Əliyevin idrakının nəticəsi kimi yaradılan partiya illər ərzində öl­kə­də siyasi sabitliyin, davamlı inkişafın təminatçısı olub. İnandırma, inandırmaqla inama çev­ril­mə ehtiramla yarana bilərdi. Yarandı da. Qısa müddət ərzində minlərin, minlərin timsalında xalqın partiyasına çevrilən Yeni Azərbaycan Partiyası dünyəvi dəyərləri də yaşadan, tole­rant­lığı gərəkləndirən partiyadır.

Yeni Azərbaycan Partiyası dövlətçiliyin partiyasıdır. Obrazlı şəkildə desək, bu partiya zamanın tələbi kimi yaranmışdır. Yaradıcısı dünyəvi siyasətin Heydər Əliyevi olub.

Bu partiyanın fəaliyyəti Azərbaycan Respublikasının Konstitusiyasına və qanunveri­ci­li­yi­nə əsaslanır, milli-xəlqi maraqlar əsasında hazırlanmış Nizamnaməsi və Proqramı əsasında fəaliyyət göstərir, Vətənə xidməti ömrün mənası bilənlərin partiyasıdır, Azərbaycanda hüquqi dövlət, sabit və sosial yönümlü iqtisadiyyat, vətəndaş cəmiyyəti qurmaq ideyalarını qəbul edən vətəndaşları birləşdirən siyasi partiyadır. Məhz bu xarakterinə görə Yeni Azərbaycan Partiyası həm də gələcəyin partiyasıdır.

Yeni Azərbaycan partiyası demokratik cəmiyyətin partiyasıdır, tolerant dövlətin iqtidar partiyasıdır. Bu partiya siyasi dialoqu dəstəkləyən, partiyalararası münasibətlərdə başlıca amilin milli maraqlar olduğunu xatırladan və bunu başlıca fəaliyyət istiqaməti bilən partiyadır. Bu partiya demokratiyanı inkişaf etdirən partiyadır. Bu partiya xalqın rifahının qarantı olan partiyadır.

 

Səbinə XASAYEVA,

Milli Məclisin deputatı