Zəngilanın işğaldan azad olunduğu gün

Prezident İlham Əliyev: “Zəngilan doğrudan da çox füsunkar təbiətə malik olan bir diyardır”

 

 Birinci Qarabağ müharibəsi zamanı Ermənistanın sonuncu işğal etdiyi rayonumuz Zəngilan olmuşdur. Bu rayon mühüm strateji əhəmiyyətə malikdir. Çünki rayon Bakı-Culfa-Naxçıvan dəmiryolunun üzərində yerləşir. Zəngilanın ərazisi şərqdən Həkəri çayından Mehri dağ silsiləsinə qədər olan ərazini əhatə edir. Şimaldan Qubadlı, Şərqdən Cəbrayıl rayonu, cənubdan Araz çayı boyunca İran İslam Respublikası, qərbdən isə Ermənistanın Mehri və Qafan rayonları ilə həmsərhəddir.

Qubadlı və Cəbrayıl rayonlarının işğalından sonra Zəngilan faktiki mühasirəyə düşdü. 1993-cü ilin oktyabrın sonunda Sığırt və Bartaz yüksəklikləri işğal etməklə Zəngilanın mühasirəsi başa çatdırıldı. Bundan sonra təxminən 34 min əhali mühasirə vəziyyətinə düşüb. Əhali məcbur olub İran sərhədinə-Araz çayının kənarına toplaşır. Lakin Araz çayını isə keçmək mümkün deyildi. O zaman Azərbaycan rəhbərliyi İran hökuməti ilə danışıqlar aparır və Araz çayı üzərindəki bənddə suyu bağlayırlar. Yalnız bundan sonra əhali çayı keçib xilas olur. Əks təqdirdə növbəti Xocalı hadisəsi yaşana bilərdi. 1993-cü ildən zəngilanlılar qaçqın və məcburi köçkün həyatı yaşadılar. Bu müddətdə zəngilanlılara dövlət qayğısı göstərildi. Ulu Öndər Heydər Əliyev dəfələrlə Zəngilan ictimaiyyəti ilə görüşmüşdür.

Artıq 4 ildir ki, Zəngilan işğaldan azad olunub. Belə ki, 20 oktyabr 2020-ci il tarixində Zəngilan rayonu işğaldan azad edilmişdir. 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi zamanı Zəngilan rayonundan şərqdə yerləşən Cəbrayıl rayonunda düşmən qüvvələrinə sarsıdıcı zərbə vurulması və 30-dan çox yaşayış məntəqəsinin işğaldan azad edilməsi, Azərbaycan Silahlı Qüvvələrinin Zəngilan rayonunun inzibati hüdudlarına çatmasına şərait yaratdı. Azərbaycan Silahlı Qüvvələri 2020-ci il oktyabrın 18-də Zəngilan rayonunun azad edilməsi uğrunda əməliyyata başlamışdır. Oktyabrın 20-də Azərbaycan Prezidenti İlham Əliyev xalqa növbəti müraciəti zamanı Zəngilan rayonunun Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etmişdir. Zəngilan döyüşləri nəticəsində Azərbaycan Silahlı Qüvvələri tərəfindən Zəngilan şəhəri, rayonun 4 qəsəbəsi və 49 kəndi işğaldan azad edildi. Daha Zəngilan zəngilanlıların xatirələriində yaşamaır. Bu rayonun yerli əhalinin öz torpaqlarına mərhələli şəkildə qaydırlar.

Bu gün Zəngilanda bərpa-quruculuq işləri surətlə davam edir. Birinci pilot layihə Zəngilanda icra edildi, Ağalı kəndində. 200 evdən ibarət gözəl kənd salınıb. Kəndin davamlı genişləndirilməsi, əlavə evlərin inşa edilməsi və infrastruktur layihələrinin şaxələndirilməsi də nəzərdə tutulur. Məşğulluq, məktəb, bağça, tibb məntəqəsi, bütün xidmətlər – “ASAN”, “DOST”, kiçik və orta biznesə dəstək xidmətləri mövcuddur. 2022-ci ilin may ayında Ağalı kəndinin ilk sakinləri doğma torpaqlarında məskunlaşmağa başlayıblar.

Prezident İlham Əliyev işğaldan azad olunan rayonlara və bu rayonların sakinlərinə xüsusi həssalıqla yanaşır. Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 2021-ci ilin oktyabrın 20-də Zəngilan rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüblər. Cənab Prezident görüşdə bildirib ki, Zəngilan doğrudan da çox füsunkar təbiətə malik olan bir diyardır: “Mən ilk dəfə Zəngilana keçən ilin sonlarında gəldim, dekabr ayında və o vaxt heyran oldum bu diyara. Əzəmətli dağlar, yaşıl meşələr, çaylar, iqlim - bura doğrudan da Azərbaycanın ən gözəl yerlərindən biridir və məqsədimiz də odur ki, Zəngilanı yenidən quraq. Çünki köhnə Zəngilandan bir şey qalmayıb. Siz indi görürsünüz, mənfur düşmən demək olar ki, bütün binaları dağıtmışdır. Bir neçə bina qalıb ki, orada hərbçilər yerləşirdi. Qalan bütün binaları, bütün kəndlərin binalarını bir məqsədlə dağıtmışlar ki, biz buraya qayıtmayaq. Amma biz qayıtmışıq, şanlı Ordumuz düz bir il bundan əvvəl Azərbaycan bayrağını Zəngilanda qaldırdı və düşməni bu torpaqlardan qovdu. Zəngilan azad olunandan sonra artıq yolumuz Qubadlıya açıldı və beş gün sonra Qubadlı azad olundu, ondan sonra da Laçın dəhlizinə çıxdıq. Laçın dəhlizinə çıxdıqda demək olar, düşmən də bildi ki, artıq müqavimət göstərməyin mənası qalmayıb”. Bu kimi görüşləri ilə dövlət başçısı bir nümunə göstərir. Hər bir dövlət məmuru cənab Prezidentin bu kimi fəaliyyətini özünə örənək bilməlidir. Belə olan zaman vətəndaş-məmur münasibətləri ən yüksək səviyyədə qurulmuş olur. Vətəndaş razılığı, vətəndaş məmnunluğu məhz bu münasibətlərdən doğur.

Zəngilanın işğaldan azad olunduğu gün dövlət tərəfindən əbədlişdirilib. Artıq 20 oktyabr ölkəmizdə “Zəngilan şəhəri günü” kimi qeyd edilir. Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilmişdir. Sözügedən Sərəncama əsasən 20 oktyabr Zəngilan şəhəri günü kimi müəyyən olub. Bu da bütün xaqlmız tərəfidən çox böyük sevinc hissi ilə qarşılanıb. Ötən ildən başlayaraq ölkəmizn mütəlif rayonlarında “Zəngilan şəhəri günü”nə həsr olunmuş tədbirlər keçirilir. Bu tədbirlərdə öncə Azərbaycan Respublikasının dövlət himni səsləndirilir. Daha sonra Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilir.

Torpalarımızın hər bir qarışı bizim üçün doğmadır. Torpaqlarımızın işaldan azad olunması və ərazi bütövlüyümüzün tam bərpa olunması sübut etdi ki, Azərbaycan əsgəri Vətənini qorumaq uğrunda canından keçməyə hazırdır.

image-pasazade-kamal

Paşazadə  Kamal Çingiz oğlu

Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin violonçel ixtisası üzrə müəllimi, Azərbaycan Respublikasının Əməkdar müəllimi