Naxçıvan Muxtar Respublikasının Gənclər Fondunun təşkilatçılığı ilə Naxçıvan Gənclər Mərkəzində gənclər üçün “Zərərli vərdişlərdən azad olun” adlı seminar təşkil olunub.
Seminardan öncə Gənclər Fondunun əməkdaşı Fatimə Yusifli çıxış edərək qeyd edib ki, keçirilən seminar və təlimlər gənclərin dünyagörüşünün artmasına, onların yeni bilik və bacarıqlar qazanmasına müsbət təsir edir və şəxsi inkişaflarına kömək olur. Davamlı olaraq keçirilən bu tipli seminarlar da məhz bu məqsədlərə xidmət edir.
Sonra Dr. Aytac Məmmədovanın təqdimatında seminara start verilib. Seminarda siqaret və alkoqolun fəsadları, onlardan qurtulma yolları ilə bağlı fikirlər səsləndirilib, gəncləri maraqlandıran suallara ətraflı aydınlıq gətirilib.