2021-ci ilin tarixi UĞURU

Yola salmağa hazırlaşdığımız 2021 ci il ölkəmizdə bir sıra hadisələrlə yadda qaldı. Ən önəmli hadisələrə nəzər salaq.

Azərbaycan demokratik, hüquqi dövlət quruculuğu yolunda böyük uğurlara imza atdı. Belə ki, ötən dövr ərzində Azərbaycanda bütün istiqamətlərdə böyük inkişaf müşahidə etməklə yanaşı, həm də ölkəmizin bölgələrdə və dünyada mövqeyi güclənərək nüfuzu durmadan artmaqdadır.

44 günlük Vətən müharibəsindən sonra dövlətimizin dünyada nüfuzu daha da artdı. Bundan sonra regionda yeni giyosiyasi reallıq yarada bildi. Azərbaycan regionda artıq söz sahibinə çevrilir.

Noyabr ayının 12 -de Türkdilli Dövlətlərinin Əməkdaşlıq Şurasının sayca 8- ci sammitinin mühüm yadda qalan məqamlarından biri Türk şurasının Ali Ordenini qardaş Türkiyə dövlətinin Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın Azərbaycan Prezidenti cənab İlham Əliyevə təqdim etməsi oldu. Cənab Ərdoğan qeyd etdi ki, cənab İlham Əliyev müzəffər prezident olaraq bu mükafata layiq görülür. 30 il işğal altında qalan torpaqları 44 gün ərzində azad edən dövlətin rəhbəri kimi bu şərəfli ada layiq görülür.

Eyni zamanda vurğuladı ki, türkdilli dövlətlər arasında əməkdaşlığin da yüksəltməsində ,möhkəmlənməsinə verdiyi böyük töhfəyə görə bu ada layiq görülür.

Dekabrın 15-i Azərbaycan Ermənistan rəhbərləri Bürüseldə bir araya gəldi. Avropa İttifaqının rəhbəri Şarl Mişelin təşəbbüsü ilə baş tutan görüşdə Zəngəzur dəhlizindən keçən dəmir yolu ilə bağlı tərəflər razılığa gəldi.

Rusiya paytaxtında Prezident Vladimir Putinin vasitəçiliyi ilə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında 4 saat davam edən görüş baş tutdu. Bu müharibədən sonra Azərbaycan və Ermənistan rəhbərlərinin ilk görüşü kimi tarixə düşdü.Gorüsdən sonra Moskva bəyannaməsi imzalandı. Bəyannamə 10 noyabr üçtərəfli bəyanatının yerinə yetirilməsi məsələsini daha da möhkəmləndirdi.

Noyabrın 26 -da Soçidə Azərbaycan respublikasının Prezidenti İlham Əliyev, Rusiya Federasiyasının Prezideni Vladimir Putinin və Ermənistan baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş keçirildi.Bu görüş tarixə Soçi görüşü kimi düşdü.

Mayın 12-də Azərbaycanın mədəniyyət paytaxtı Şuşada Xarı bülbül musiqi festifalının açılışı oldu. Heydər Əliyev fondunun təşkilatçılığı ilə baş tutan festivalda Azərbaycanın milli musiqisinin məşhur ustalarının ,eləcə də etnik qrupların,folklor qruplarının çıxışları ilə yadda qaldı.

İyunun 15 -i Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şuşaya səfər etdi. Daha sonra Türkiyəyənin dövlət başçısı və Azərbaycan dövlətinin başçısı arasında Şuşa şəhərində Azərbaycan - Türkiyə arasında müttəfiqlik haqqında Şuşa bəyannaməsini imzalayıblar. Yeni müqaviləyə əsasən , Türkiyə Âzerbaycandan hər hansı birini üçüncü ölkə tərəfindən təhlükə olarsa ,bu ölkələr bir birini qorumaq üçün birgə addımlar atacaqlar.

Oktyabrın 26-da Füzuli Beynəlxalq Hava Limanının açılış mərasimi oldu. Azərbaycan və Türkiyə Prezidentləri açılış mərasimində iştirak etdilər. Füzuli Beynəlxalq Hava Limanının açarları Prezidentlərə təqdim edildi.

Avqustun 30 da Vaqif Poeziya Günləri Şuşa işğaldan azad edildikdən sonra Heydər Əliyev Fondu tərəfindən ilk dəfə şairin doğma şəhərində yenidən təşkil olundu. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Vaqif Poeziya Günlərinin rəsmi açılışında iştirak etdilər. Bu işğaldan azad edildikdən sonra Şuşada təşkil olunan ilk poeziya günləri kimi yadda qaldı.

2021-ci il bir çox açılışlarla, eyni zamanda bir çox tədbirlərin keçirilməsi ilə də yadda qaldı.

Bütün fəaliyyəti boyu ölkənin və xalqın maraqlarını üstün tutan, xeyirxahlığı, mərhəməti, insanlara sevgini həyat normalarına çevirən Mehriban Əliyeva Birinci vitse-prezident vəzifəsində də Azərbaycana layiqincə xidmət edərək üzərinə düşən vəzifəsinin öhdəsindən uğurla gəlir. Coxşaxəli fəaliyyəti ilə həm beynəlxalq miqyasda, həm də ölkə daxilində ona həvalə olunan bütün işlərə sora dərəcə məsuliyyətlə yanaşaraq əsil vətəndaşlıq nümunəsi ortaya qoyub.

Mehriban xanım bu gün də öz fəaliyyəti ilə yalnız nümunə göstərməklə kifayətlənmir, o, həm də qadınları bu fəaliyyətə səfərbər etmək kimi vacib bir funksiyanı yerinə yetirməkdədir.

Mehriban xanım həm də ali rəhbərimizin gücünə güc qatır,onun insanların rifahı naminə gördüyü müstəsna fəaliyyəti misilsiz xidmətləri ilə zənginləşdirir.

Azərbaycan sosial dövlətdir və cənab Prezidentin müəyyən etdiyi sosial siyasət ilk növbədə Azərbaycan vətəndaşının güzəranının, yaşam tərzinin daha da yaxşılaşması mənafeyinə xidmət göstərir. Azərbaycan dövlətinin ali məqsədi Azərbaycan vətəndaşlarının layiqli həyat səviyyəsini təmin etməkdən ibarətdir. Dövlət başçısının imzaladığı, yeni sərəncam və fərmanlar, sosial islahatlar bunu təsdiqləyir.

Bütün sahələr üzrə çalışan insanların əmək haqları, müavinətlərin, pensiyaların, tələbə təqaüdlərinin həcmi artırılıb.

Bu onu deməyə əsas verir ki, vətəndaşların sosial müdafiəsi, sosial rifahının təmin edilməsi dövlət üçün ali məqsəddir. Azad olmuş torpaqlarda yenidən qurma işləri görülür.Yaxın zamanda Qarabağ cənnət diyarına çevriləcək.

Qarşıda islahatları dərinləşdirmək və genişləndirməklə işğaldan azad olmuş torpaqlara böyük qayıdış, təmiz ətraf mühitinə yaşıl artım ölkəsinə çevirmək kimi çox mühüm vəzifə durur. Həmin vəzifələri həyata keçirməkdən ötürü, digər şərtlərlə yanaşı Vətən Müharibəsində çox həlledici amil olan və nümunəvi şəkildə yüksəlmiş milli həmrəylimizi bundan sorada qoruyub saxlamalı, dövlət başçımızın uzaqgörən siyasətini dəstəkləməli və yeni ildə yeni uğurlara imza atmalıyıq. Bizim nə qədər yenilməz Sərkərdəmiz, qüdrətli ordumuz, yumuruq kimi bir olan xalqımız var qələbələrimiz hələ çox və davamlı olacaq.

Leyla Allahverdiyeva