"Bu ilin 8 ayında Hesablama Palatasının həyata keçirdiyi nəzarət tədbirləri nəticəsində artıq xərcləmənin, eləcə də büdcəyə hesablanmamış ödənişlərin məbləği 91,6 milyon manat təşkil edib".
Sabahinfo.az xəbər verir ki, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov deyib. Palata sədri bildirib ki, həmin məbləğin 39,6 milyon manatının dövlət büdcəsinə bərpası ilə bağlı qərar qəbul etmişik:
"Cinayət əməlinin olduğu ehtimal edilən 9 material üzrə 28,5 milyon manatdan yuxarı rəqəmlə bağlı məlumatlar hüquq-mühafizə orqanlarına göndərilib. Bərpası haqqında qərar verilməyən məbləğin təqribən 23,5 milyon manatdan çox hissənin dayandırılması ilə bağlı qərar qəbul edilib. Bu xərclərin bərpası ilə bağlı qərar verilməməsi daha çox sosial xarakterli ödənişlərlə bağlı olub".