ABŞ Ədliyyə Nazirliyi kütləvi qırğın silahının yayılmasında günahkar bildiyi 3 İran vətəndaşı üzərindən sanksiyaları götürüb.
Axar.az xəbər verir ki, bu məlumat nazirliyin saytında yer alıb.
Sanksiyaların götürülməsinin İrana qarşı sanksiyaların ümumi ləğvi anlamına gəlmədiyi və Vyanada nüvə razılaşması ilə bağlı aparılan danışıqlarla heç bir bağlılığının olmadığı bildirilib.