ABŞ müdafiə xərclərini 813 milyarda qaldırır

ABŞ Prezidenti 2023-cü il üçün müdafiə xərclərini 813,3 milyard dollara qaldırmaq istəyir.

Axar.az xəbər verir ki, bu barədə “Blumberq” məlumat yayıb.

Qeyd edilib ki, Bayden 2023-cü il büdcə müraciətini həftənin birinci günü etmək niyyətindədir.

Vəsaitin 773 milyardı birbaşa Pentaqona ayrılacaq.

Qeyd edək ki, 2022-ci il üçün müdafiə xərclərinə 753 milyard ayrılsa da, yekunda bu rəqəm 782 milyarda qaldırılıb.