Şücaəti ilə ölümsüzlük qazanan GENERAL

47 il öncə  yanvarın ikisi Qəbələ rayonunun Vəndam kəndində Polad adlı igid oğul göz açdı dünyaya .O igid ki böyüdü adını yazdırdı Azərbaycan tarixinə.Polad Həşimov Iki dəfə Prezident İlham Əliyev tərəfindən vətənə xidmət  ordenlərlə təltif edilmiş və ona general ali hərbi rütbəsi verilmişdir. Torpağını əsgərlərini sevən generalımız Polad Həşimov öz əsgərləri ilə ön cəbhədə çiyin -çiyinə xidmət etdi. Onun vətənə sonsuz sevgi bəslədiyi , döyüşlərdə qəhrəmanlıq ,etdiyini, öz evini bir şəhid ailəsinə bağışlayan böyük ürəkli, igid oğul bu gündə xalqı tərəfindən böyük sevgi ilə xatırlanır. Onun böyük ürəyi, böyük şücaəti dillərə dastan oldu.
Cənab general 2020 ci il Iyulun 14 də Tovuz rayonu  istiqamətində baş verən vətən uğrunda döyüşlər zamanı namərd mənfur Ermənistan tərəfindən təşkil olunmuş təxribat nəticəsində şəhid oldu. Azərbaycanin milli qəhramani Şəhidlik zirvəsinə yüksəldi. O qəhraman ölmədi, xalqının urəyində millətini , torpağını sevən şərəfli,cəsur oğlu kimi yaşayacaq .
Cənnətdəki doğum günün mübarək cənab general.!!!

Leyla Allahverdiyeva