Ağdamda əkin sahəsində tapılan qəbirlər 18-ci əsrə aiddir

Ağdamda Mirəşelli kəndində yerləşən əkin sahəsində qəbir və insan sümükləri aşkarlanıb.

Sabahinfo.az xəbər verir ki, tapılan qəbirlərin hansı əsrə aid olduqları məlum olub.

Müəyyən edilib ki, qəbirlər 18 əsrə aiddir.

Araşdırma aparılır.

Qeyd edək ki, noyabrın 14-də Ağdamda rayonunun Mirəşelli kəndində, kənd sakini Ceyhun Kərimovun əkin sahəsində traktorla şumlama işləri aparılarkən böyük daş parçası çıxıb və sahədə məzar olduğu məlum olub. Daha sonra ikinci məzar aşkarlanıb. Qəbrlərin uzunluğu 1.90 metr, eni 0.60 metrdir. Məsələ ilə əlaqədar ərazidə şumlama işləri dayandırılıb.