Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi, Gənclərin Töhfəsi İctimai Birliyinin təşkilatçılığı ilə “Azərbaycan-Türkiyə Rəqəmsal Yaradıcılıq Forumu - Naxçıvan 2024” keçiriləcək. Forumun keçirilməsində əsas məqsəd Azərbaycan və Türkiyə arasında rəqəmsal yaradıcı sənayelərdə peşəkar inkişafı və əməkdaşlığı gücləndirərək, innovativ yanaşmaları və mədəni əlaqələri təşviq etməkdən ibarətdir. Naxçıvanda baş tutacaq forumda panel müzakirələr, rəqəmsal yaradıcılıq sərgisi və bir sıra əməkdaşlıq görüşləri keçiriləcək.