Azərbaycanda ZƏLZƏLƏ OLDU - YENİLƏNİB

Azərbaycanda zəlzələ olub.

Bu barədə Sabahinfo.az-a AMEA-nın nəzdində xidmət göstərən Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.

Bildirilib ki, zəlzələ yerli vaxtlar 07:43-də Lerik stansiyasından 27 km şərqdə Lerik rayonu ərazisində magnitudası 5 olan zəlzələ qeydə alınıb.

Yeraltı təkan episentrdə 5 bala yaxın, ətraf rayonlarda Lerik, Lənkəran, Astara, Yardımlı, Masallı və Cəlilabad rayonlarında 4 bal, digər rayonlarda isə 3 bal gücündə hiss olunub.

Zəlzələ ocağının dərinliyi 18 km-dir.

***

​​​​​07:57

Azərbaycanın cənub bölgəsində 5 maqnitudalı (ML) zəlzələ olub.

Sabahinfo.az xəbər verir ki, bu barədə Seysmoloji Xidmət Mərkəzindən bildirilib.

"Talış Dağlıq zonasında zəlzələ qeydə alınmışdır", – məlumatda qeyd olunub.

Yeraltı təkanların yerli vaxtla saat 07:43-də qeydə alındığı diqqətə çatdırılıb.