"Azərbaycanla sülh sazişi və münasibətlərin qurulması ətrafında intensiv danışıqlar aparılır və biz mətnlə bağlı ən qısa zamanda razılığa gəlib imzalamağa ümid edirik".
Sabahinfo.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan mayın 22-də keçirdiyi mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, sülhə nail olmaq üçün İrəvan və Bakı öz qoşunlarını sərhəddən eyni məsafədə geri çəkməlidir.