Azərbaycanlı tələbələrin meyitləri tibbi ekspertizadan sonra təhvil veriləcək - YENİLƏNİB

Türkiyənin Malatya şəhərində fevralın 6-da baş vermiş zəlzələnin təsirindən uçub dağılan binanın altında qalan azərbaycanlı tələbələrin meyitləri tibbi ekspertizadan sonra ailələrinə təhvil veriləcək.

Sabahinfo.az xəbər verir ki. bu barədə Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) Malatyadan olan millət vəkili Ahmet Çakır bildirib.

Onun sözlərinə görə, hazırda gənclərin nəşi Malatya Prokurorluğunun nəzarəti altında tibbi ekspertizaya aparılıb (report.az). Proses bir neçə gün davam edəcək.

Malatya şəhərindəki İnönü Universitetinin tələbələri - Samir Quliyev, Şahin Verdiyev, Hümam İsmayıllı və Gündüz Nəzərzadənin meyitləri uzunmüddətli axtarışdan sonra dünən tapılıb.

***

01:12

Xəbər verdiyimiz kimi, Malatyada 4 azərbaycanlı tələbənin nəşi dağıntıların altından cıxarılıb.

Sabahinfo.az xəbər verir ki, soydaşlarımızın nəşi bu gün axşam saatlarında Vətənə gətiriləcək.

Qeyd edək ki, fevralın 6-da Türkiyədə baş vermiş və çoxsaylı insan tələfatına səbəb olmuş zəlzələ qurbanları arasında Malatya şəhərindəki İnönü Universitetinin tələbələri olan - Samir Quliyev, Şahin Verdiyev, Hümam İsmayıllı və Gündüz Nəzərzadə haqqında zəlzələ baş verdiyi vaxtdan bu günədək heç bir məlumat yox idi. Onların yaşadığı bina zəlzələnin təsirindən ağır dərəcədə dağıntıya məruz qalıb.

Tələbələrin valideynləri və yaxınları övladlarının axtarışı ilə bağlı Malatyaya gedib və doğmaları haqqında ümidverici xəbərlər gözləyiblər.

Qeyd edək ki, azərbaycanlı tələbələrin meyitləri dünən - zəlzələnin 9-cu günundə dağıntilar altından çıxarılıb.