Bakıda və Abşeron yarımadasında aprelin 7-dəhava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müaviniGülşad Məmmədova bildirib ki, səhər və axşam bəzi yerlərdə duman olacaq. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 5-8, gündüz 11-16 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında sabah hava şəraiti yağmursuz olacaq. Mülayim cənub küləyi əsasən dağlıq ərazilərdə güclənəcək. Havanın temperaturunun gecə 3-8, gündüz 15-20 dərəcə, bəzi yerlərdə 22 dərəcə isti olacağı gözlənilir. Dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 8-13, bəzi yerlərdə 16 dərəcə isti olacaq.