"Roma Papasının bu əsassız açıqlamasına nəzər salanda önəmli bir din xadiminin siyasi məqsədlərə alət edildiyini görürük”.
Bunu jurnalistlərə açıqlamasında Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşqun deyib. Onun sözlərinə görə, Roma papası Anadolu türklərinin və müsəlmanların vaxtilə qarşılaşdıqları fəlakətləri inkar edib: "Amma bu əsassız açıqlamanın həqiqətləri dəyişmək gücü yoxdur. Həqiqətlər tarixə və beynəlxalq hüquqa əsaslanır. Vaxtilə Türkiyəyə səfər edərkən sülh mesajları verən din xadiminin sonradan əsassız və həqiqətə söykənməyən açıqlama verməsinin arxasında başqa məqsədlər dayanır”.
Qeyd edək ki, Roma Papası I Fransisk bir neçə gün əvvəl etdiyi çıxışında qondarma "erməni soyqırımı”nı XX əsrin ilk soyqırımı kimi dəyərləndirmişdi.