Bakıda və Abşeron yarımadasında aprelin 16-da hava şəraiti dəyişkən buludlu, əsasən, yağmursuz olacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Sabahinfo.az-a verilən məlumata görə, səhər bəzi yerlərdə zəif duman olacaq, axşam buludluğun artacağı gözlənilir. Şimal-qərb küləyi gündüz arabir güclənəcək.
Havanın temperaturu gecə 7-10, gündüz 12-16 dərəcə isti olacaq.
Rayonlarda hava əsasən yağmursuz olacaq. Lakin gecə və səhər bəzi yerlərdə duman duman olacaq. Axşam bəzi cənub rayonlarında şimşək çaxacaq, yağış yağacaq. Qərb küləyi əsəcək, arabir güclənəcək.
Havanın temperaturunun gecə 5-10, gündüz 15-20 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə isti, gündüz 8-13 dərəcə isti olacağı gözlənilir.