Heydər Əliyev Fondu rejissora yardım edəcək

Heydər Əliyev Fondu xərçəng xəstəliyindən əziyyət çəkən tanınmış rejissor Şahin Zəkizadənin ilkin müalicəsinə yardım göstərəcək.

Sabahinfo.az xəbər verir ki, bu barədəAzVision.az-a Tibb Universitetinin Tədris Terapevtik Klinikasından bildiriblər.


Klinikadan deyilib ki, leykozun kəskin forması diaqnozu qoyulan Ş.Zəkizadəyə sentyabrın 10-dan ilkin müalicə kursu təyin olunub. Bu müalicə kursundan sonra təkrar müayinələr aparılacaq. İlkin müalicə mərhələsinə Heydər Əliyev Fondu dəstək göstərəcək.