Azərbaycanda keçirilən ilk sınaq imtahanının nəticələri açıqlanıb.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) verilən xəbərə görə, nəticələr komissiyanın internet saytında yerləşdirilib.
Qeyd edək ki,TQDKali təhsili müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün aprelin 5-də sınaq imtahanı keçirib.İmtahanlar Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Qazax, Tovuz, Yevlax, Şəki, Zaqatala, Ağcabədi, Tərtər, Göyçay, Kürdəmir, İsmayıllı, İmişli, Şirvan, Salyan, Lənkəran, Cəlilabad, Xaçmaz və Quba şəhərlərində, eləcə də Naxçıvan Muxtar Respublikasının Babək, Kəngərli, Ordubad, Sədərək, Culfa, Şərur və Şahbuz rayonlarında ümumilikdə 61 binada təşkil olunub.İmtahan bütün mərkəzlərdə təlimata uyğun olaraq keçirilib.