Rövnəq Abdullayev Samir Şərifova cavab verə bilmir

Tarif Şurası mavi yanacaq və elektrik enerjisinin qiymətini qaldırdıqdan sonra həyyamüəyyən dövlət qurumları bunu səssiz qarşılaya bilmədi.

Maliyyə naziri Samir Şərifov 2017-ci ilin büdcə müzakirələri zamanı qazın qiymətinin artırılmasına mövqeyini belə ifadə edib."Qazın qiymətinin qaldırılmasına görə SOCAR rəhbəri Rövnəq Abdullayev aydınlıq gətirməlidir”.

Maraqlıdır ki, ölkədə birinci və ikinci devalvasiyadan sonra hansısa qurum rəsmisi bədbin proqnozla çıxış etmirdi. Dünya bazarında neftin qiymətinin aşağı olması, Azərbaycanın neftdən gələn gəlirdən asılılığı, üstəlik, dolların məzənnəsinin milli valyutanı üstələməsinə baxmayaraq, kimsə vəziyyətin necə olacağı barədə düşünmürdü.

İndikireallıqdaisəiqtisadiab-havafərqlidir. Maliyyə naziri, qazın qiymətinin qaldırılmasına görə, SOCAR rəhbərliyindən cavab gözləyir.

Vəziyyətinbuformadacərəyanetməsininsəbəblərinədir?

NeftAraşdırmalarıMərkəzininrəhbəriİlhamŞabanModern.az-aaçıqlamasındaməsələyəbeləaydınlıqgətirib. "Bu o deməkdir ki, hökumətnümayəndələriöz içində kifayət qədər dialoq aparmır. Ona görə də dialoq olmayan yerdə belə nəticələr olur. Bizdə vəziyyət bir qədər fərqlidir.

Təssəvvür edin, hərə yemək masasına bir şey gətirir. Amma süfrədə harmoniya yoxdur. Azərbaycanda hökumət, rübdə bir dəfə prezidentin yanında hesabat vermək üçün toplanırlar. Əslində isə geniş şəkildə hökumətin iclasları keçirilmir.

Tutaq ki, iclas keçirilir. O zaman nə müzakirə olunur?! Hökumətin "Respublika” qəzetində beləmövqeyi görünmür.Hökumət məşq etməlidir. İdmançı məşq edir ki, oyunda onun nəticəsi yaxşı olsun. Bizim hökumətdə də məşq prosesiyoxdur.3, ya da 4 nazir rübdə bir dəfə çıxış edir. Bununla da məsələ bitmiş olur. Hər zaman da müsbət məsələlər danışılır. Heç vaxt görməmişəm ki, tənqidi nəsə olsun”.

İlham Şaban, Azərbaycan hökumətini xarici dövlətlərin hökuməti ilə də müqayisə edib.

"Qonşu Türkmənistanı götürək. Hətta orada belə praktika yoxdur. Türkmənistanda hər həftənin cümə günü hökumətin iclası keçirilir. Hər şənbə günü "Neytral Türkmənistan” qəzetində hökumətin iclasında baş verənlər yazılır. Rusiyada isə hər bazar ertəsi hökumətin iclası olur və baş nazir iclası keçirir. Azərbaycanda isə bu formada hər həftə hökumətin iclasları keçirilmir. Ən azı biz bunun şahidi olmamışıq”