Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə, Azərbay¬can Respub¬likası «Beynəlmiləlçi Əlil Döyüşçülər» Fondu, "Yol-nəqliyyat qəzalarına qarşı mübarizə kampaniyasının təşkili” layihədə nəzərdə tutulmuş tədbirlər planına uyğun olraq 5 oktyabr 2016-cı il tarixində, Beynəlxalq Mətbuat Mərkəzində, Azərbaycanda mərkəzi maqistral yollarında mövcud olan, avtomobil qəzalarının qarşısının alınması istiqamətində qabaqlayıcı təbliğat-təşviqat işini gücləndirmək məqsədi ilə, aidiyyatı olan Dövlət qrumlarının, DYP İdarəsinin, QHT-nın, KİV-nin nümayəndələrinin və avtomobil yol qəzaları nəticəsində sağlamlığını itirmiş vətəndaşların iştirakı ilə Dəyirmi Masa yığıncağı keçirildi.
Azərbaycan Respublikası «Beynəlmiləlçi Əlil Döyüşçülər» Fondunun Prezidenti və layihənin direktoru Sərraf Orucov həyata keçiriləcək layihənin məqsəd və məramı haqqında məlumat verərək, bildirdi ki, layihənin əsas məqsədi, avtomobil yollarında vətəndaşların təhlükəsizliyini müdafiə edib, yol hərəkət qaydalarını pozan sürücülərə və piyadalara qarşı mübarizə apararaq, baş verən yol nəqliyyat hadisələrinin, ölüm və yaralanma hallarının qarşısının alınması üçün DYP İdarəsinin əməkdaşlarına ictimayi dəstək verməkdir.
Amma təssüflər olsun ki, Azərbaycan Respublikası Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şobəsindən, DİN Baş Dövlət Yol Polis İdarəsindən və Mingəçevir şəhər İcra Hakimiyyətinədən icazə verilməsinə baxmayaraq, Mingəçevir şəhər Polis Şöbəsinin rəis müavini Allahverdi Siraclı vəzifə səlayihətlərini aşaraq belə bir xeyirxah missiyalı layihənin Mingəçevir şəhərində dahada efektli icra edib Mingəçevir şəhər Dövlət Yol Polis İdarəsinin əməkdaşlarının iştirakı ilə birlikdə əməkdaşlıq edərək, "SÜRÜCÜLƏR İNTİZAMLI OLUN!" təhlükəsizlik günləri keçirtməyimizə köbudcasına maneçilik törətddi. Hətdda heç bizə icazə vermədi ki, biz layihədə nəzərdə tutulmuş Mingəçevir şəhər DYP İdarəsinin rəisi ilə görüşüb ona layihə haqqında məlumat verək, Mingəçevir şəhər DYP İdarəsinin əməkdaşlarına layihə çərçivəsində hazırladığımız və sürüçülərə paylamaq üçün maarifləndirmə təbliğat bukletlərini onlara təqdim edək. Allahverdi Siraclı mane olmasına baxmayaraq, Mingəçevir şəhər İcra Hakimiyyətinin rəhbərliyinin icazəsi ilə, Mingəçevir şəhərinin mərkəzi yollarında yol dairələrdəki yollarda "SÜRÜCÜLƏR İNTİZAMLI OLUN!” təhlükəsizlik günləri şurarı ilə, yoldan hərəkət edən sürüçülər və piyadalar arasında marifləndirmə təbliğatı aparıldı.
"Yol-nəqliyyat qəzalarına qarşı mübarizə kampaniyasının təşkili” layi¬hə¬sini regionlarda efektli icra edilməsində yaxından göstərdiyi köməkliyə görə Şirvan, Lənkaran şəhərlərin və Xaçmaz rayonunun İcra Hakimiyyətləri, Polis Şöbələrinin rəhbərləri DYP İdarələrinin əməkdaşları yaxından köməklik göstərərək dəsdək verdilər.
Sərraf Orucov çıxışının sonunda, "Yol-nəqliyyat qəzalarına qarşı mübarizə kampaniyasının təşkili” layi¬hə¬sinin icrasına dəsdək verib köməklik göstərdiyləri üçün, Bakı şəhər Baş Dövlət Yol Polisi İdarəsininin rəisi Nuşirəvan Səfərova, Bakı şəhər Baş Dövlət Yol Polisi İdarəsinin, Hərəkətin Təhlükəsizliyi Təbliğatı və İctimai Qurumlarla Əlaqə Şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədova, Şirvan şəhər Polis Şöbəsinin rəyisi polis polkovniki cənab Hikmət Quliyevə, Şirvan şəhər Polis Şöbəsinin DYP İdarəsinin yol nəqliyat hadisələri üzrə inispektoru polis kapitanı Mehti Muxtarova, Xaçmaz Rayon Polis Şöbəsinin DYP İdarəsinin Yol Patrul Xidmətinin Baş inispektoru və Xaçmaz Rayon DYP İdarəsininn rəis vəzifəsini müvəqqəti icra edən polis mayoru Samir Abuzərova, Lənkaran şəhər Polis Şöbəsinin DYP İdarəsinin rəisi polis kapitanı Elşən Əzizova, Lənkaran şəhər DYP İdarəsinin Yol Patrul Xidmətinin Baş inispektoru Rəsul Şükürova və yol patrul xidməti inspektorlarına və "Ədalət və Hüquq” Kolstantik MMC-nin drektoru və hüquq müdafiyəçisi Azər Səfərova, Hüquq müdafiyəçiləri Məcid Məmmədova, Bəhmən Əliyev, Milli QHT Forumunun Şirvan şəhər Regional Mərkəzinin rəhbəri Əli Mirzəyevə və Mingəçevir şəhər Regional Mərkəzinin rəhbəri Fizuli Əsədova və Azərbaycan Respublikası Milli Qəhrəmanlarını Tanıtma İctimai Birliyinin Lənkaran şöbəsinin sədri, Azərbaycanın Milli Qəhraman şəhid atası Hacı Ələkbər Əliyevə Azərbaycan Respublikası «Beynəlmiləlçi Əlil Döyüşçülər» Fondunun İdarə Heyyətinin adından öz təşəkkürünü bildirdi.
Tədbirdə iştirak edən, Bakı şəhər Baş Dövlət Yol Polisi İdarəsinin, Hərəkətin Təhlükəsizliyi Təbliğatı və İctimai Qurumlarla Əlaqə Şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov çıxış edərək , Bakı şəhəri ərazisində yollarda baş vermiş yol nəqliyyat qəzaları haqqında maraqlı statistik məlumatlar verdi. Daha sonra Vaqif Əsədov təddbir iştirakçılarını maraqlandıran suallara cavab verdi.
Tədbirdə iştirak edən, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkiliyinin sektor müdüri Müqabil Mahmudov, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin DTSERA- şöbə müdri Niyşan Mehbalayev, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında yaradılmış Ictimai Şurasının üzvü və Şəhid Aillərinin Hüquqlarının Mürafiə İctimai Birliyinin sədri Rövşən Ağamaliyev, "Müharibədən Zərər Çəkmiş Nəqliyyat İşçiləri” İctimai Birliyinin sədri Hacı xanım Xədicə Babayeva, CASCFEN-nin prezidenti taninmış əməkdar jurnalist Azər Həsrət, Xəzər–Kür Xeyriyyə Cəmiyyətinin sədri , Respublika Axsaqqallar Şurasinin üzvü Akif Kərimov, "Fred Asif ” adına Fondun Prezidenti Ədalət Məhərrəmov, Şəmsi Əsədullayev adına Xeyriye İctimai Birliyinin icracı drektoru Cəsarət Hüseyinzadə, İRT İctimai Birliyinin sədri Əkrəm Babayev, "Ədalət və Hüquq” Kolstantik MMC-nin drektoru və hüquq müdafiyəçisi Azər Səfərov, Hüquq müdafiyəçiləri Məcid Məmmədov, Bəhmən Əliyev, Əlil Təşkilatlar İttifaqının prezidenti Davud Rəhimov, "Azərbaycan-İraq Mədəni Əlaqələr” İctimai Birliyinin sədri Tahirə Məmmədova, Vətənpərvərlər Cəmiyyətinin sədri və Çeçenistanin Milli Qəhramanı Arif Məhərrəmov və başqa QHT, KİV nümayəndələri həyata keçirilən layihədə qaldırılmış problemlər haqqında çıxış edərək maraqli təkliflər verdilər.
Çıxış edərənlər həyata keçirilən "Yol-nəqliyyat qəzalarına qarşı mübarizə kampaniyasının təşkili” layihəsi sayəsində görülən təbliğat-təşviqat işləri, layihədə qaldırılmış problemlərin həllində qabaqlayıcı tədbir kimi dəyərləndirərək, «Yol hərəkəti haqqında» və «Əhalinin sağlamlığının qorunması haqqında» Azərbaycan Respublikası Qanununa və Baş Dövlət Yol Polisi İdarəsinin avtomobil qəzalarının törətdiyi acı fəsadları aradan qaldıraraq, ölkəmizdə vətəndaşlarımızın təhlükəsizliyinin müdafiyəsinə istiqamətində apardığı işlərə öz xeyirli tövhəsini verəcəyini bildirdilər.
[[MEDIA_0]]