23 yaşlı oğlan və xalası faciəvi şəkildə öldü - BAKIDA

Bakıda dəm qazı ailə faciəsinə səbəb olub.

 

 

Nizami rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə rayonun Bəhruz Nuruyev küçəsi 81 ünvanında yerləşən yataqxanada qeydə alınıb. Orada yaşayanlar - 23 yaşlı Cəfər Elşad oğlu Quliyev və xalası, 50 yaşlı Sevinc Allahverdi qızı Əliyeva dəm qazından boğularaq ölüblər.

 

 

Faktla bağlı araşdırma aparılır.