"Sovetski”də baş verən yanğının qarşısı alınıb.
APA-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, Yasamal rayonu, Həzi Aslanov küçəsində yerləşən üçmərtəbəli yaşayış binasında yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
19:10
Bakının Yasamal rayonunda "Sovetski" adlanan ərazisində üçmərtəbəli yaşayış binasında yanğının söndürülməsi zamanı binadan üç nəfər xilas olunub. Lent.az-ın FHN-in saytına istinadən verdiyi məlumata görə, yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.
18:32
Bakıda yaşayış binasında baş verən yanğında bir nəfər ölüb.
APA-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, ölən şəxs yanğın baş verən mənzillərdən birinin sakini, 1969-cu il təvəllüdlü Liliya Xasibovadır.
Qeyd edək ki, yanğın zamanı tüstüdən zəhərlənən başqa bir qadına təcilli tibbi yardım briqadasının həkimləri tibbi yardım göstəriblər. Qadının vəziyyəti sabitləşib.