Abşeron rayonunda bir qrup təhsil işçisi məvaciblərini ala bilmir.
sabahinfo.Az xəbər verir ki, bu barədə "Qafqazinfo”ya Abşeron rayonundakı məktəblərdə çalışan təhsil işçiləri bildiriblər.
Şikayətçilərin sözlərinə görə, artıq 2 aydır 3863 müəllim məvacibini ala bilmir. Müəllimlər bildirir ki, gecikmə ilə bağlı onlara heç bir açıqlama verilmir.
Məsələyə aydınlıq gətirmək məqsədilə 1 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin aparıcı məsləhətçi Nizami Abbasov bildirdi ki, artıq noyabr ayının məvacibi artıq hesablara köçürülüb:
"Bu gün axşamadək bütün müəllimlər əməkhaqlarını alacaqlar. Dekabr ayının maaşları isə 1 həftə 10 gün ərzində hesablara yatırılacaq”.