Bakının məşhur ticarət mərkəzindən oğurluq edən şəxslər həbs ediliblər. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, bu il yanvar ayının 22-də Nəsimi rayonu ərazisindəki "Moskva” ticarət mərkəzində Bakı şəhər sakini Kifayət Quliyevaya məxsus qızıl şöbəsindən qızıl əşyalar oğurlanıb. Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Nəsimi RPİ 19-cu PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Gürcüstan vətəndaşları Renat Qasanov və Elvar Novruzov tutulublar.Bakıda qızıl mağazasını yaranları "bandotdel" tutdu
Bakının məşhur ticarət mərkəzindən oğurluq edən şəxslər həbs ediliblər. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, bu il yanvar ayının 22-də Nəsimi rayonu ərazisindəki "Moskva” ticarət mərkəzində Bakı şəhər sakini Kifayət Quliyevaya məxsus qızıl şöbəsindən qızıl əşyalar oğurlanıb. Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Nəsimi RPİ 19-cu PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Gürcüstan vətəndaşları Renat Qasanov və Elvar Novruzov tutulublar.