"Android” əməliyyat sistemi istifadəçilərinin internetdə fəallığı tarixdə ilk dəfə olaraq "Windows” istifadəçilərinin fəallığını üstələyib.
Sabahinfo.az-ın məlumatına görə,Lent.az"realnoevremya.ru” saytına istinadən xəbər verir ki, ötən ay əməliyyat sistemləri bazarında dönüş baş verib.
"StatCounter” şirkətinin məlumatına əsasən, internet trafikinin 37,93%-i "Android”in payına düşüb. "Windows” əməliyyat sisteminin payı 37,81%olub.
Bu məlumatlar mobil cihazlara keçid tendensiyasından xəbər verir və aradakı fərq daha da artacaq. "iOS” və "macOS” əməliyyat sistemlərinin payı isə müvafiq olaraq 13,09 və 5,17%təşkil edib.