Avroliqanın finalı ilə bağlı Azarkeş Festivalı keçiriləcək

Bakıda keçiriləcək UEFA Avropa Liqasının final oyunu çərçivəsində Azarkeş Festivalı təşkil olunacaq.

5 günü əhatə edəcək təbir Dənizkənarı bulvarda yerləşən Kukla Teatrının qarşısında keçiriləcək. Burada azarkeşlər UEFA Kuboku ilə şəkil çəkdirə, DJ-lərin çıxışından zövq ala, fərqli əyləncəli futbol oyunları oynayacaqlar.

Uşaqlar üçün ayrılmış zonada azyaşlılar yumşaq qalanın üzərində tullana, öz üzlərinə rənglətdirə və zərbə yarışlarında bacarıqlarını nümayiş etdirəcəklər. Həmçinin böyüklər müxtəlif oyunlara qatılaraq, hədiyyələr qazanacaqlar.


Festival günləri və iş saatları:

25-27 may: 14:00 - 22:00

28 may: 12:00 - 22:00

29 may: 10:00 - 22:00

Giriş hər kəs üçün pulsuzdur.

Qeyd edək ki, mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək finalda İngiltərənin "Arsenal” və "Çelsi” komandaları qarşılaşacaq.(report)