Bayramov Holokost Memorial Kompleksini ziyarət etdi

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İsrailə səfəri çərçivəsində “Yad Vaşem” Holokost Memorial Kompleksini ziyarət edib.

Sabahinfo.az xəbər verir ki, nazir abidə kompleksinin xatirə kitabına ürək sözlərini yazıb.

İsrailin Azərbaycandakı səfiri Corc Dik tvitter səhifəsində Azərbaycan XİN rəhbərinə təşəkkür edib: “Səmimi sözlərinizə görə təşəkkür edirəm”.

Azərbaycan Xarici İşlər Nazirliyi də C.Bayramov Holokost qurbanlarının xatirəsinə ucaldılan Yad Vaşem memorial kompleksini ziyarət etməsi barədə məlumat yayıb.  

“Ziyarəti zamanı nazir Ceyhun Bayramov Holokost qurbanlarına həsr olunmuş abidənin önünə əklil qoyub. 

Nazir 1953-cü ildən fəaliyyət göstərən memorial kompleksində, həmçinin, Holokost qurbanlarının sənədləri və fotoşəkillərinin sərgiləndiyi muzey və memorialın tədris mərkəzi ilə tanış olub, daha sonra kompleksin xatirə kitabını imzalayıb. 

Ziyarət zamanı kompleksin rəhbəri Dani Dayan Azərbaycan nümayəndə heyətinin üzvlərinə memorial kompleksi barədə məlumat verib”, - XİN-dən bildirilib.