Azərbaycanda "Coca-cola” içkisi ölümə səbəb olub. Hadisə Ağcabədi rayonunda baş verib. sabahinfo.az bildirir ki, bu barede melumati Rayon Prokurorluğu ANS PRESS-ə məlumat verib. Ağabəyli kəndində yaşayan Xocavənd rayon sakini 1993-cü il təvəllüdlü Murad Nəsirov "Coca-cola” içkisindən zəhərlənmə ilə xəstəxanaya çatdırılıb. Ona lazımi tibbi yardım göstərilsə də həyatını xilas etmək mümkün olmayıb.
Prokurorluqdan onu da bildirdilər, hələlik müvafiq ekspertizalar aparıldığı üçün ölümə "Coca-cola” içkisinin səbəb olduğunu dəqiq demək mümkün deyil: "Mərhum xəstəxanaya yerləşdirildiyi zaman ilkin ifadəsində bildirmişdi ki, bir neçə gün əvvəl "Coca-cola” alıb maşınına qoyub. Neçə gündən sonra isə həmin içkini içib. Buna görə də ölümə məhz həmin içkinin səbəb olduğu irəli sürülür. Lakin müvafiq araşdırmalar aparılır”.
Faktla bağlı Ağcabədi Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırmalar aparılır.