Bir neçə gün öncə xəbər saytları Bakıda bir maraqlı dələduzluq faktı barədə məlumat yaymışdılar. Qeyd edilirdi ki, Bakı sakini, 1960-cı il təvəllüdlü Akif Əliyev üzləşdiyi dələduzluq faktı ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edib.
"Hansısa restoranda, ya da iaşə obyektinin həyətində qanunsuz heyvan saxlama olursa, nazirlik həmin heyvanları o ərazilərdən götürür. Həmçinin, vəhşi təbiətin bərpası mərkəzi yaratmışıq. Həmin mərkəz "Altıağac” Milli Parkının nəzdində yerləşir. Həmin heyvanlar orada reabilitasiya keçir. Əgər sağlamlıqlarında problem varsa, tam sağaldıb sonra vəhşi təbiətə qaytarırıq.
5-7 il əvvəl ovlanması qadağan olunan heyvanların həyətyanı sahələrdə saxlanması aktual idi. Artıq nazirlik bu cür halların qarşısını alıb. İndi nadir hallarda ola bilər ki, maral, ceyran, ayı kimi heyvanlar əldə edilib saxlanılsın. Bununla bağlı hələ ki, bizə məlumat daxil olmayıb. Qeyri-mümkündür ki, kimsə 60 baş maralı təbiətdən yığsın və qanunsuz olaraq onu saxlasın. Belə bir fakt yoxdur. Belə bir fakt varsa, biz araşdırma aparmağa hazırıq. Sadəcə olaraq, hansısa iş adamı xaricdən pulla maral, ceyran ölkəyə gətirə bilər ki, bu da sənaye məqsədi daşıya bilər”.
Hikmət Əlizadə Azərbaycanda maral əti ilə bağlı sənaye istehsalının yaranması mümkünlüyündən də danışıb.
"Avropa ölkələrində maral ətinin sənaye məqsədilə istehsalı çox populyardır. Çoxlu sayda maral fermaları var. Həmin fermalar ildə 100 minlərlə ton maral istehsal edir. Delikates ətdir. Bazarı formalaşdıran tələb və təklif amili var. Əgər Azərbaycanda belə bir tələbat olarsa, o zaman düşünmək olar”.