Azərbaycanlılar Türkiyədə ev alışını artırıblar

Türkiyədə ev alan xaricilər arasında Azərbaycan vətəndaşları ilk onluqda yer alıb. Cari ilin oktyabr ayı ərzində Azərbaycan vətəndaşları Türkiyədə 42 mənzil alıblar.

sabahinfo.Az-ın Report-a istinadən verdiyi xəbərə görə, ev alışında əvvəlki ayla müqayisədə 13,5% artım qeydə alınıb.

Rəsmi statistikaya əsasən, yanvar-oktyabr ayları ərzində ümumilikdə azərbaycanlılar 507 mənzil alıblar.

Qeyd edək ki, Türkiyədə xaricilərə oktyabrda 1 578, yanvar-oktyabr ayları ərzində isə 14 934 ev satılıb. Oktyabrda ən çox ev alan xaricilər siyahısında birinci yerdə İraq vətəndaşları (257 mənzil) qərarlaşıb. Cəmi yanvar-oktyabr ayları ərzində isə iraqlılar 2 507 ev alıblar. Sonrakı yerlərdə Səudiyyə Ərəbistanı (oktyabrda - 159, yanvar-oktyabrda - 1 446) və Küveyt (oktyabrda - 135, yanvar-oktyabrda - 1 379) vətəndaşları qərarlaşıb.