Bakı Şopinq Festivalının təşkilatçısı Azərbaycan Konqreslər Bürosu Festivalda iştirak etməkdə maraqlı olan biznes qurumlarının nümayəndələrini martın 31-i saat 12:00-da JW Marriott Absheron Bakı otelinin Xocasən zalında baş tutacaq təqdimata dəvət edir.
Təqdimatın məqsədi özəl sektorun nümayəndələrini Bakı Şopinq Festivalı kimi əhəmiyyətli və uzunmüddətli layihədə iştirakın iqtisadi xeyirləri barədə məlumatlandırmaqdır.
Tədbir zamanı iştirakçılara Festivala qoşulmağın qayda və şərtləri haqda, həmçinin sahibkarlıq obyektlərin qeydiyyat prosesi barədə ətraflı məlumat veriləcək.
Otel restoran, mağaza və digər sahələr də daxil olmaqla pərakəndə satış və xidmət sahəsindən olan hər bir biznes qurumlarını tədbirdə iştirak edə bilər. Sahibkarlar, rəhbər işçilər, satış rəhbərləri və marketinq menecerlərin tədbirdə iştirakı arzu olunandır.
Tədbirdə iştirak etmək üçün (055) 241 41 08 və (055) 253 63 08 nömrələrinə və[email protected]email ünvanına müraciət edə bilərsiniz.